
Sinir sistemi zəiflədikdə, ürək-damar, həzm sistemi və digər orqanlarımızda ağırlaşma təhlükəsi yarana bilir. Sinir sisteminin sağlam saxlanılması üçün, düzgün qidalanma çox vacibdir.
Məsələn:
- Yaşıl çay stressi azaltmaq və sinirləri sakitləşdirmək üçün ilk ağla gələn məhsuldur.
- Banan və pomidor. Kalium və vitaminlərlə zəngindir, balanslı qidalanmanın faydalı hissəsidir.
- Skumbriya, treska və qızıl balıq. Bu balıqların tərkibində lazımlı yağlar var. Sinir tellərini toksik maddələrdən qorumağa kömək edən, qaraciyəri canlandırır.
- Yumurta. Lesitinlə zəngin olan bu məhsul, pis əhval-ruhiyyə ilə mübarizə etməyə kömək edir.
- Süd məhsulları, kələm, kök, alma. Bu məhsulların tərkibində orqanizm üçün ideal porsiyada kalsium və fosfor vardır. Kalsium sinir gərginliyinə kömək edir, fosfor isə sinir sistemini gümrahlandırır.
- Göyərti. Orqanizmdə tormozlanma proseslərinin normallaşmasını təmin edən maqnezium ilə zəngindir.
- Cücərmiş bitki toxumları, çörək, yarma. Bu məhsullar orqanizmin stressə dayanıqlılığını artıran B qrup vitamini ilə zəngindir.
- Bitki yağları, qoz, avokado. Tərkibində E vitamini olan bu məhsullar, orqanizmə enerji verərək, əzələ aktivliyini stimullaşdırır.
- Çiyələk. C vitamini və antioksidantlarla zəngindir. Qeyd: heç bir qida məhsulu antidepressant müalicəni əvəz etmir — depressiya əlamətləri varsa, həkimə müraciət edin.
- Pendir, kartof, araxis, küncüt. Tərkibində vacib amin turşuları vardır. Bu amin turşuları orqanizmin iş qabiliyyətini yüksəldir və sinir sistemini sakitləşdirir.