Dəstəyə ehtiyacınız var? İndi zəng edin: +994 55 500 71 29

Saç tökülməsi nevroloji səbəblərdən ola bilərmi?

Saç tökülməsi nevroloji səbəblərdən ola bilərmi?

Saç tökülməsinə normal hal kimi yanaşsaq da, bu bir sıra ciddi xəstəliklərin xəbərçisi ola bilər.

Gündə təxminən 50-100 tükün tökülməsi normal hesab olunur. Lakin son dövrlər istər kişi, qadın yaxud uşaqlarda ocaqlı saç tökülməsi geniş yayılmışdır. Ümumiyyətlə saç tökülməsində ekzogen və endogen faktorların rolu var.

Əsas səbəblər arasında stress, nevroloji səbəblər, hər hansı mikroelementin-vitaminin çatışmazlığı, qan azlığı, genetik faktorlar, hormonal pozğunluqlar, yorğunluq, istirahətsiz iş rejimi və s. ola bilər.

Ocaqlı saç tökülməsinin (alopesiya areata) bir qismində orqanizmin immun sistemi tük follikullarına qarşı yönəlir. Saç tökülməsinin səbəbini araşdırmaq üçün ilk növbədə dermatoloq (trixoloq) müayinəsi, lazım olduqda qan analizləri və endokrinoloq məsləhəti tövsiyə olunur. Nevroloq müayinəsi isə saç tökülməsi ilə yanaşı güclü stress, yuxu pozğunluğu və ya digər nevroloji əlamətlər olduqda faydalı olur.

Genetik faktorlar və maddələr mübadiləsinin pozulması nəticəsində də saç tökülməsi müşahidə edilir. Qalxanabənzər vəzi xəstəlikləri, dəmir çatışmazlığı kimi hormonal və metabolik pozğunluqlar aşkarlandıqda onların müalicəsi saç tökülməsinin təkrarlanmasının qarşısını almağa kömək edir.