Dəstəyə ehtiyacınız var? İndi zəng edin: +994 55 500 71 29

Haqqımda

Uzm. Dr. Elvin Niftəliyev — uzman nevroloq, kabinetində

Uzman Nevroloq Dr. Elvin Niftəliyev

Uzman, Nevroloq Dr. Elvin Niftəliyev 8 oktyabr 1986-cı ildə Bakı şəhərində anadan olub. 2005-2011 illər Azərbaycan Tibb Universitetində Həkimlik ixtisası üzrə təhsil alıb. 2012-2016-cı illər İstanbul Bezmialem Vakıf Universitetində Uzmanlıq təhsili alaraq Nevroloq ixtisasına yiyələnmişdir. Həmçinin 2017-2018 - İstanbul Universiteti Xəstəxanası, Elektroneyrofiziologiya üzrə təhsilini davam etdirmişdir.

2016-2017 - İstinye Universiteti, LİV Xəstəxanasında, 2017-2018-ci illər İstanbul Tıp Universitesi Elektronörofızyolojı bölümündə çalışmışdır. 2018-ci ildən bəri Gəncə Beynəlxalq Xəstəxanasında uzman doktor, nevroloq olaraq fəaliyyət göstərir.

Dr. Elvin Niftəliyev miqren və digər baş ağrıları, epilepsiya, Parkinson xəstəliyi və tremor (titrəmə), işemik insult, dağınıq skleroz, üz sinirinin neyropatiyası, yaddaş pozulmaları, panik atak və konversion pozuntu kimi sinir sistemi xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olur. Diaqnozun dəqiqləşdirilməsi üçün elektroensefaloqrafiya (EEQ), elektromioqrafiya (EMQ) və detallı nevroloji müayinə aparılır.

2012-ci ildən bəri Türk Nöroloji Dərnəyinin üzvüdür.

Nevroloqa nə zaman və niyə müraciət etməliyik?

Bütün xəstəliklər kimi nevroloji xəstəliklərin də ağırlaşmaları olduqca təhlükəlidir. Hətta əhəmiyyətsiz saydığımız kiçik baş ağrısı belə hansısa ciddi bir xəstəliyin əlaməti ola bilər. Bu səbəbdən xəstəliyin ilk simptomlarını müşahidə etdikdə həkim-nevroloqa müraciət etmək lazımdır.

Bu simptomlara misal olaraq - baş gicəllənmə, ümumi yorğunluq, aşağı və yuxarı ətrafların zəifliyi, mütəmadi olaraq huşu itirmək, qıcolmalar, tiklər, nevrotik pozğunluqlar, bədənin müxtəlif nahiyələrinin keyiməsi, yuxu və yaddaşın pozğunluqları, qulaqlarda küy, eşitmə, görmə və iy bilmə qabiliyyətinin zəifləməsi və s.

Unutmayın ki, vaxtında qoyulan diaqnoz sayəsində düzgün müalicə apararaq effektiv nəticə əldə etmək mümkündür.

Həkimlə öncədən əlaqə saxlamaq üçün

keçid edin!