Dəstəyə ehtiyacınız var? İndi zəng edin: +994 55 500 71 29

Epilepsiyanın Fərqindəyik

Epilepsiyanın Fərqindəyik

26 mart - Bənövşəyi Gün - "Epilepsiya Xəstələri Günüdür"

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünyada təxminən 50 milyon insan epilepsiyadan əziyyət çəkir. Ölkəmizdə də epilepsiyalı şəxslər az deyil. Cəmiyyətin bu şəxsləri birmənalı qarşılamaması və nəticədə onların özlərini cəmiyyətdən təcrid etmələri bu xəstəliyi daha da ağırlaşmış hala gətirir və müalicəsini çətinləşdirir.

Hər il 26 Mart Dünyada ``Bənövşəyi Gün`` yəni Epilepsiya Tanıtma ( fərqindəlik ) Günü - Epilepsiyadan əziyyət çəkənlərin günü olaraq qeyd edilir.

"Purple Day" fikri 2008-də Kanadada epilepsiya xəstəsi olan 10 yaşındakı Cassidy Megan adlı qızın təşəbbüsü ilə ortaya çıxdı. Bu günün qeyd olunmasındakı əsas məqsəd Epilepsiyalı insanların da digər insanlardan fərqinin olmadığı və epilepsiyalı şəxslərin yalnız olmadıqlarını bilməsi idi.

Bənövşəyi rəng bəzi mədəniyyətlərdə yalnızlığı ifadə etdiyi üçün məhz o rəng seçilmişdi. Bu epilepsiyalı insanların cəmiyyətdən seçilməsi, təcrid olunması hissinə qarşılıq olaraq seçilmişdi.

Tarixçilərin fikrincə, Yuli Sezar, Dante Aligyeri, Napoleon Bonapart, Makedoniyalı İsgəndər, Alfred Nobel kimi məşhur şəxslər də epilepsiyadan əziyyət çəkmiş ola bilərlər.

Bu gün Epilepsiyanın fərqində olmaq və tanıtmaq məqsədli yaradılan Bu gün``Bənövşəyi gün`` bütün dünyada insanların epilepsiyanın fərqində olmaları və epilepsiyalı şəxslərin də bizdən olduqlarının qavranılmasında əvəzsiz rolu var. Hər il insanlar 26 martda bənövşəyi rəng geyinərək epilepsiyalı şəxslərə dəstək olurlar. Ümid edirik ki, bu tək bir tarixdə yox hər zaman belə olar.