Dəstəyə ehtiyacınız var? İndi zəng edin: +994 55 500 71 29

Nevroloji xəstəliklərin əlamətlərindən xəbərdar olun!

Nevroloji xəstəliklərin əlamətlərindən xəbərdar olun!

Əhəmiyyət vermədiyiniz nevroloji əlamət ağırlaşaraq təhlükəli hal ala bilər !

Unutmayın ki, sinir sisteminiz zarafatı sevmir! Nevroloji xəstəliklərin əlamətlərindən vaxtında xəbərdar olmaq qarşısı alınmaz halların baş verməsindən sığortalanmaq deməkdir. Bu səbəbdən sinir sisteminizdə baş verə biləcək hər bir pozuntunu və ilkin əlamətlərini düzgün dəyərləndirmək lazımdır.

Nevroloji xəstəliklər dünyada əlilliyin əsas səbəbləri sırasındadır və yaş artdıqca daha çox rast gəlinir.

Əgər sizdə də aşağıdakı əlamətlərdən biri yaxud bir neçəsi varsa, bu nevroloji xəstəliyin əlaməti ola bilər :

  • qulaqlarda küy
  • baş gicəllənmə
  • ümumi yorğunluq
  • tiklər və qıcolmalar
  • nevrotik pozğunluqlar
  • mütəmadi olaraq huşu itirmək
  • aşağı və yuxarı ətrafların zəifliyi
  • yuxu və yaddaşın pozğunluqları
  • bədənin müxtəlif nahiyələrinin keyiməsi
  • eşitmə, görmə və iy bilmə qabiliyyətinin zəifləməsi

Bilməlisiniz ki, hər bir nevroloji xəstəlik ağırlaşaraq təhlükəli hal ala bilər. Buna görə də ilk simptomları müşahidə etdikdə həkim-nevroloqa müraciət etmək lazımdır.

Vaxtında müdaxilə və erkən müalicə xəstənin vəziyyətinin yaxşılaşmasına və ağırlaşmaların qarşısının alınmasına kömək edir.