Dəstəyə ehtiyacınız var? İndi zəng edin: +994 55 500 71 29

Sağ və sol beyin yarımkürələrimizin fəaliyyəti

Sağ və sol beyin yarımkürələrimizin fəaliyyəti

Beynimiz iki yarımkürədən ibarətdir: sağ və sol yarımkürələr. Onların hər birinin öz funksiyaları var. Lakin sol tərəfimizi sağ beyin, sağ tərəfimizi sol beyin idarə edir. Sol yarımkürənin hərəki nahiyələri zədələndikdə bədənin sağ tərəfində, sağ yarımkürə zədələndikdə isə sol tərəfində zəiflik və ya iflic yarana bilər.

Hər yarımkürə bəzi funksiyalarda daha çox iştirak etsə də, gündəlik fəaliyyətin demək olar ki, hamısında iki yarımkürə birgə işləyir. İnsanların «sağ beyinli» və ya «sol beyinli» olması, eləcə də beynimizin yalnız kiçik bir hissəsindən (məsələn, «10 faizindən») istifadə etməyimiz barədə fikirlər elmi tədqiqatlarla təsdiqlənməyib — beyin görüntüləmə müayinələri beynin bütün nahiyələrinin fəal olduğunu göstərir.

Sol yarımkürənin daha çox iştirak etdiyi funksiyalar (insanların əksəriyyətində):

  • Nitq və dil
  • Oxu və yazı
  • Hesablama
  • Detallı məlumatın ardıcıl işlənməsi

Sağ yarımkürənin daha çox iştirak etdiyi funksiyalar:

  • Məkan və istiqamət qavrayışı
  • Üzlərin tanınması
  • Vizuallaşdırma
  • Nitqin intonasiyası və emosional çalarları