Dəstəyə ehtiyacınız var? İndi zəng edin: +994 55 500 71 29

Bəlkə də depressiyadayıq...

Bəlkə də depressiyadayıq...

Depressiya geniş yayılmış psixi sağlamlıq pozuntusudur ki, ətraf mühitin və ya fizioloji dəyişikliklərin nəticəsində büruzə verilir. İnsan özünü fiziki və mənəvi cəhətdən lazımsız hiss edirsə, ruh düşkünlüyü yaşayırsa, bu depressiya halıdır.

Depressiya bəzən səbəb olmadan birdən meydana çıxır. Bəzən isə stresli bir həyat hadisəsindən sonra başlayır. Bir dəfə başlayıb çox uzun müddət çəkə bilər (hətta bir ömür boyu) ya da qısa müddətli və tez-tez təkrarlanan ola bilər.

Depressiyada olduğunuzu bilmək üçün əlamətlərin hamısının eyni anda sizdə olması lazım deyil. Bu şikayətlərin bir neçəsi sizdə varsa həkimə müraciət etməyiniz məsləhətdir. Ən çox müşahidə olunan əlamətlərdən biri yuxu və iştah pozğunluğudur. Yuxu pozğunluğu bir xəstəlik deyil başqa xəstəliklərin olduğunu göstərən bir əlamətdir.

Digər əlamətlər :

  • yuxu pozğunluğu
  • gələcəyə ümidsizlik
  • iştahsızlıq və yaxud əksinə çox yemək
  • işdən əli üzülmək və heç bir iş görə bilməmək
  • qərar vermə çətinliyi, yaddaş və diqqət pozğunluğu
  • enerji azlığı, yorğunluq hissi və tez əsəbiləşmə
  • daha əvvəl zövq alınan iş və fəaliyyətlərdən zövq ala bilməmək
  • digər insanlardan uzaqlaşma və tək qalma istəyinin olması və özünə qapanmaq
  • işdə, məktəbdə, ailə və dostları ilə əsasız yerə problemlərinin olduğunu düşünmək
  • özünü kədərli, dəyərsiz, ümidsiz, çarəsiz hiss etmək və daxilində boşluq duyğusunun olması
  • özünə zərər vermə, intihar planları qurmaq, intihar cəhdləri və ya öz cənazə mərasimini düşünmək
  • səbəbi müəyyən olmayan baş, boyun, kürək ağrısı kimi bədənin fərqli yerlərində davamlı ağrılar hiss etmək
  • son zamanlarda çox spirtli içkilərdən, siqaretdən və s. daha çox istifadə edilməsi və ya sakitləşdirici dərmanları istifadə etmə ehtiyacı hiss etmək

Təcili kömək: Özünüzə zərər vermək və ya intihar barədə düşüncələriniz varsa, yaxud yaxınınızda belə əlamətlər görürsünüzsə, gözləməyin — dərhal 103-ə zəng edin və ya ən yaxın təcili yardım şöbəsinə müraciət edin. Tək qalmayın, etibar etdiyiniz birinə danışın. Belə düşüncələri həkimlə açıq müzakirə etmək utanc deyil, müalicənin vacib hissəsidir; depressiyanın müalicəsində psixiatr və psixoterapevt də iştirak edir.