Uzun müddət istirahətsiz iş rejimi, psixoloji faktorlar, travmalar, yuxusuzluq və digər xəstəliklərlə əlaqəli olaraq yaddaş zəifləyə bilər, nəticədə buda gündəlik yaşamınızda, sosial həyatınızda problem yaradar.
Müdriklərdən biri deyib ki, ”Hələ ki xatırlayıram, mən yaşayıram”. Lakin uzun müddət istirahətsiz iş rejimi, psixoloji faktorlar, travmalar, yuxusuzluq və digər xəstəliklərlə əlaqəli olaraq yaddaş zəifləyə bilər, nəticədə buda gündəlik yaşamınızda, sosial həyatınızda problem yaradar.
Konservativ müalicə ilə yanaşı yaddaş treninqləri də aparılmalıdır, vaxtlı-vaxtında yatıb durmaq, zehni işlə fiziki işi növbələşdirmək, istirahət etmək lazımdır. Qidalanarkən tərkibində amin turşular(zülallar), Fosfor, Kalsium, A, E və B qrup vitaminlər olan qidalara çox yer verilməlidir.