Kişilərdə gündə 100-ə, qadınlarda isə 150-yə qədər saç tökülməsi normaldır. Lakin son dövrlər istər kişi, qadın yaxud uşaqlarda ocaqlı saç tökülməsi geniş yayılmışdlr. Ümumiyyətlə saç tökülməsində ekozogen və endogen faktorların rolu var.
Əsas səbəblər arasında stress, nevroloji səbəblər, hər hansı mikroelementin-vitaminin çatışmazlığı, qan azlığı, genetik faktorlar, hormonal pozğunluqlar, yorğunluq, istirahətsiz iş rejimi və s. ola bilər.
Orqanizm yuxarıda sadalanan hallarda tük follikulunu özünə yad bir cisim kimi qəbul edərək, onu kənarlaşdırır. Ona görə bu tökülmələrdə mütləq nevropatoloq müalicəsi olunmalıdır, yanaşı olaraq həkim trixoloqun müalicəvi prosedurları aparılmalıdır.
Genetik faktorlar və maddələr mübadiləsinin pozulması nəticəsində də saç tökülməsi müşahidə edilir. Metobolizmin pozulmasının əsas səbəbi əsəb sistemi xəstəlikləridir. Lakin nevroloji səbəblər aradan qaldırıldıqdan sonra bu halın təkrarlanmaması üçün həm də metobolizm bərpa edilməlidir.