Hamımızın yaxşı bildiyi isterik nevroz termini artıq yoxdur. Hazırda dünyanın hər yerində buna konversion pozuntu deyilir. Əlaməti adında gizli olan konversion (dəyişmək, çevrilmək) pozuntu beyindəki psixoloji gərginliyin çevrilərək bədəndə özünü göstərməsidir.
Konversion pozuntu daha çox mədəni və intelektual inkişaf səviyyəsi aşağı olan cəmiyyətlərdə görülsə də bəzən yüksək təhsil səviyyəsi olan şəxlərdə, erkən nigaha girən qadınlarda, uşaqlıq dövründə ciddi psixoloji travma yaşayan insanlarda daha çox rast gəlinir.
Gülünc səslənsə də ”İçinə cin girdiyi” iddia edilən insanlardakı problemlərin böyük əksəriyyəti məhz konversion xarakterli pozuntulardır.
Ən narahat edici əlaməti bayılmalardır ki, xəstə anidən özündən gedir, əzələləri gərilməyə başlayır, heç bir suala cavab verə bilmir və çox vaxt oyandıqı zaman da qışqırır, ətrafında olan adamlara əl atır, öz saçını yolur və sair kimi ətrafdakıları qorxudacaq hərəkətlər edir.
Həmçinin daxili gərginlik özünü keçici korluq, susqunluq və ya afoniya (pıçıltılı danışıq), bəzən ayaqların tutulması şəkilində özünü büruzə verir.
Bu problemdən əziyyət çəkən pasiyentlərdə qəribə bir laqeydlik olur. Bəzən əlamətləri sanki şəxsin özünün bilə bilə etdiyini düşünülsə də təəssüf ki, bu qətiyyən belə deyil.
Konverison xəstələr ətrafda olub bitənlərin fərqində olsa da epileptik xəstələr tutma sonra heçnəyi xatırlamır və bu pozuntu epilepsiyadan daha uzun müddətdə davam edir.
Xəstəyə göstəriləcək ilk yardımda qətiyyən onun ağzını açmağa, qaşıqla dişlərini aralamaqa cəhd etməyin. Onu sakit buraxın. Dərman müalicəsindən daha çox psixoterapiya dediyimiz yəni peşakarlar tərəfindən aparılan psixoloji söhbətlər daha çox təsir edir.