Parkinson Xəstəliyi - beyində xüsusilə hərəkət və koordinasiyaya köməkçi olan beyin hüceyrələrinin ölümü ilə xarakterizə və titrəmə, hərəkət etmə problemə səbəb olan bir xəstəlikdir. Parkinson xüsusilə yaşlı fərdlərdə ən sıx görülən sinir sistemi xəstəliklərindən biridir.
İlk öncə bilməliyik ki, əzələ hərəkətlərinə nəzarət edən hüceyrələr, dopamin adı verilən bir kimyəvi ifraz edər. Lakin Parkinson xəstəliyində, dopamin istehsal edən beyin hüceyrələrinin yavaş bir şəkildə ölümü müşahidə olunur.
Başlanğıcda simptomlar yüngül ola bilər. Məsələn yüngül bir titrəmə yada bir ayada gərginlik hissi şəklində başlaya bilər. Simptomlar bədənin bir ya da hər iki tərəfində görülə bilər. Bəzən yerişin çətinləşməsi və orqanizmin bütün əzələlərində sıxılma olur. Əl və ya ayaqda əmələ gələn tremorun dərəcəsi və amplitudu dəyişir, məsələn, stress zamanı artır, yuxudan sonra isə azalır. Diqqətli xəstələr zədələnmiş tərəfdə əldə hərəkət məhdudiyyəti hiss edir, yeriyərkən ayağının döşəməyə sürtülməsindən şikayətlənir. Müəyyən vaxtdan sonra xəstənin duruşu dəyişir, beli bükülür, qozbellik əmələ gəlir, addımın uzunluğu qısalır.
Xəstələrin ilk şikayətlərindən biri də ətraf və beldə ağrılar, əzələlərin qıcolması olur. Bəzən qeyri-spesifik əlamətlər – yorğunluq, depressiya, yuxunun pozulması, vegetativ dəyişikliklər – qəbizlik, ortostatik hipotenziya, impotensiya, seboreya dermatiti, sidik və tər ifrazının pozulması ilə başlayır.
Parkinson xəstəliyinin müalicəsi zamanı əsas prinsip hərəki pozulmaların və motor sindromların, xüsusən də psixi, vegetativ və yuxu pozulmalarının yüngülləşdirilməsidir. Cərrahi müalicə aktuallığını itirib.