İşemik insult - dedikdə müstəqil xəstəlik olmayan, ürək-damar sisteminin müxtəlif xəstəlikləri fonunda və damar zədələnmələri çərçivəsində inkişaf edən beyin qan dövranının pozulması nəzərdə tutulur. Hansı ki, qəflətən yaranır və 24 saatdan artıq davam edən ocaqlı nevroloji və ümumi beyin simptomlarının meydana çıxması və qısa müddətdə xəstənin ölümünə səbəb olması ilə xarakterizə olunur.
Ağırlıq dərəcəsinə görə işemik insultlar yüngül, orta və ağır dərəcəli 3 qrupa bölünür.
İşemik insultun risk amilləri:
Şəkərli diabet
Dislipidemiya
İrsi meyillilik
Arterial hipertenziya
Siqaret çəkmə və alkoqol
Keçirilmiş insult və ya TİH
Yuxu arteriyalarının stenozu
Oral kontraseptivlərin qəbulu
Yaş və kişi cinsinə mənsubluq
Fiziki aktivliyin azalması və piylənmə
Hiperkoaqulyasiya ilə müşayiət olunan hallar
Ürək xəstəlikləri, xüsusən də atrial fibrillyasiya
Əgər sizdə də qeyd olunan əlamətlər meydana gələrsə gecikdirmədən həkimə müraciət edilməlidir :
Qıcolmalar
Nitqin pozulması
Baş gicəllənməsi
Görmənin pozulması
Udma qabiliyyətinin pozulması
Hərəkətlərin koordinasiyasının pozulması
Yaddaşın və şüurun qəflətən pozulması
Ürəkbulanma, qusma ilə müşayiət olunan baş ağrısı
Bədəndə əzələ zəifliyinin əmələ gəlməsi və hissiyyatın zəifləməsi
İşemik insultun klinikası damar pozğunluqlarının lokalizasiyasından asılı olan ümumi beyin və ocaqlı simptomlardan ibarətdir. İşemik insultun ən mühüm instrumental diaqnostika vasitəsi beynin KT və MRT-dir.