Müayinə təqribən 30 dəqiqə müddətində beyin korteksinin fərqli nöqtələrindən nümunə alınmış elektrik aktivliyinin eyni anda qeyd edilməsinə əsaslanır. Beynin bioelektrik siqnalları kompyuterdə əks olunmaqla izlənilir. EEQ baş beynin funksional vəziyyətinin və qıcıqların təsirinə qarşı reaksiyasının keyfiyyət və kəmiyyət analizini etməyə imkan verir. Bu müayinə üsulunun aparılmasına heç bir əks-göstəriş yoxdur.
EEQ vasitəsi ilə epilepsiya xəstəliyinin diaqnostikası və tutma hallarının müəyyənləşdirilməsi, uyğun müalicənin təyini, qıcolma dərmanlarının dayandırılma qərarının verilməsi və.s mümkün olur. Bununla yanaşı EEQ bir sıra beyin mənşəli pozuntuların izlənməsində istifadə olunur.