Kəllə-beyin sirinlərinin neyropatiyaları arasında üz sinirinin neyropatiyası daha geniş yayılmış patalogiyalardandır.
Üz siniri üz nahiyəsindəki mimikalar üçün əzələlərin hərəkətini təmin edir. Bu sinir beyindən bir cüt çıxır və üz əzələlərinə çatır. Sinirdə olan hər hansı bir zədələnmə üz iflici, yaxud üz parezine səbəb olur. Üz siniri neyropatiyası mərkəzi (beyindəki zədələnməyə bağlı) və periferik (periferik zədələnməyə bağlı) olur. Daha çox periferik tipə rast gəlirik, bu zaman zədələnən tərəfdə alın qırışdırma edilə bilmir, göz qapaqları yumulmur, yanaq bölgəsi şişirdilə bilmir, ağız bucağı sallanır və gülümsəmə çətin olur. Mərkəzi tipdə isə zədələnən tərəfdən əks tərəfdə qaş bölgəsindən aşağıda üz hərəkətləri edilə bilmir, alın hərəkətlərində isə bir problem yaranmır.
Patalogiyanı yaradan səbəblərə Bell iflici, Ramsey Xant sindromu, Moebius sindromu, Laym xəstəliyi ,şişlər, yüksək arterial təzyiq, travmalar, şəkərli diabet və s. aid edilir.
Nevroloji əlamətlər arasında aşağıdakılara daha çox rastlanır :
Ətraf parezi, ətraf hipesteziyası
Beyincik əlamətləri, digər Kəllə-Beyin Sinirlərinin qoşulması, ikitərəfli üz iflici
Qulaqətrafı nahiyədən başqa üzdə yayılmış və şiddətli ağrı, üzdə obyektiv hipesteziya
Mimiki əzələlərin bərpası xəstəliyin neçə il əvvəl keçirilməsindən asılı deyil, bu sinirin işini tənzim edən meridianlarda enerji axınını bərpa etməkdən asılıdır.