Panik atak dedikdə - gözlənilməz halda anidən ortaya çıxan, 15-20 dəqiqə müddətində getdikcə artaraq ən yüksək səviyyəyə çatan şiddətli qorxu tutması başa düşülür. Panik atak ürək döyüntüsü, tərləmə, sinədə ağrı və sıxışma, titrəmə, ürək bulanması, baş gicəllənməsi kimi fiziki əlamətlərin normaldan daha çox hiss edildiyi bir vəziyyətdir. Bununla yanaşı idarəni itirmə, dəli olma və ya ölüm qorxusunun yaşandığı bir prosesdir.
Diaqnoz qoymaq üçün aşağıdakı əlamətlərdən minimum 4-nün baş verməsi yetərlidir :
Panik atakın aqrofobiyalı forması vardır. Hansı ki, şəxs "Birdən yenə olar?" qorxusu ilə özünə güvənli məkanlar seçir və həmin məkandan kənara çıxmır.
Xəstəliyi yaradan 2 əsas səbəb qeyd olunur. İlk səbəb sinirlər arasında ötürülməni təmin maddələrin dəyişməsidir. Digər səbəb isə xəstənin tamam zərərsiz olan adi ürəkdöyünmə, boğulma kimi əlamətləri yanlış olaraq “infarkt, insult, astma” kimi xəstəliklərə bənzətməsinin nəticəsidir.
Müalicənin məqsədi panik atakı tam aradan qaldırmaq yox, xəstənin panik ataka münasibətini dəyişmək, psixoloji problemləri aradan qaldırmaq və panik atak haqqında tam məlumat verməkdir. Bu səbəbdən xəstələrə dərman terapiyası ilə yanaşı psixoterapiyanın aparılması da zəruridir.
Bilməlisiniz ki, Panik pozuntu heç bir halda ölümə, infarkta, dəli olmaya, insult və digər bu kimi xəstəliklərin yaranmasına səbəb olmaz.