Dəstəyə ehtiyacınız var? İndi zəng edin : (+994) 55 500 71 29, (+994) 55 205 71 39

Detallı Nevroloji müayinə

Detallı Nevroloji müayinə

Unutmayın ki, vaxtında qoyulan diaqnoz sayəsində düzgün müalicə apararaq effektiv nəticə əldə etmək mümkündür.

Nevrologiyada xəstəliyin tarixi (anamnez) diaqnozun qoyulmasında bəzən yeganə metoddur. Bu səbəbdən kəllə-beyin sinirlərinin, hərəki pozulmaların, ilkin zədələnmə ocağının və onu yaradan xəstəliyin vaxtında müayinə olunaraq müəyyən edilməsi olduqca önəmlidir. Parkinson, Altsheymer, Miqreni kimi xəstəliklərin ilkin mərhələdə aşkarlanıb müdaxilə edilməsi əsaslı dəyişiklilər vəd edir.

Hər bir xəstəlik kimi nevroloji xəstəliklərin də ağırlaşmaları olduqca təhlükəlidir. Hətta əhəmiyyətsiz saydığımız kiçik baş ağrısı belə hansısa ciddi bir xəstəliyin əlaməti ola bilər. Bu səbəbdən xəstəliyin ilk simptomlarını müşahidə etdikdə həkim-nevroloqa müraciət etmək lazımdır.

Bu simptomlara aşağıdakılar misal ola bilər :

  • tiklər
  • qıcolmalar
  • qulaqlarda küy
  • baş gicəllənmə
  • ümumi yorğunluq
  • nevrotik pozğunluqlar
  • yuxu yaddaşın pozğunluqları
  • aşağı və yuxarı ətrafların zəifliyi
  • mütəmadi olaraq huşu itirmək
  • bədənin müxtəlif nahiyələrinin keyiməsi
  • eşitmə, görmə və iy bilmə qabiliyyətin zəifləməsi