Sinir sistemi zəiflədikdə, ürək-damar, həzm sistemi və digər orqanlarımızda ağırlaşma təhlükəsi yarana bilir. Sinir sisteminin sağlam saxlanılması üçün, düzgün qidalanma çox vacibdir.
Məsələn:
Yaşıl çay stressi azaltmaq və sinirləri sakitləşdirmək üçün ilk ağla gələn məhsuldur.
Banan və pomidor. Sinir sistemini möhkəmləndirir və depressiyanın yaranmasına əngəl olur.
Skumbriya, treska və qızıl balıq. Bu balıqların tərkibində lazımlı yağlar var. Sinir tellərini toksik maddələrdən qorumağa kömək edən, qaraciyəri canlandırır.
Yumurta. Letitinlə zəngin olan bu məhsul, pis əhval-ruhiyyə ilə mübarizə etməyə kömək edir.
Süd məhsulları, kələm, kök, alma. Bu məhsulların tərkibində orqanizm üçün ideal porsiyada kalsium və fosfor vardır. Kalsium sinir gərginliyinə kömək edir, fosfor isə sinir sistemini gümrahlandırır.
Göyərti. Orqanizmdə tormozlanma prosesslərinin normallaşmasını təmin edən maqnium ilə zəngindir.
Cücərmiş bitki toxumları, çörək, yarma. Bu məhsullar orqanizmin stressə dayanıqlılığını artıran B qrup vitamini ilə zəngindir.
Bitki yağları, qoz, avakado. Tərkibidnə E vitamini olan bu məhsullar, orqanizmə enerji verərək, əzələ aktivliyini stimullaşdırır.
Çiyələk- Sinir sistemini stimullaşdırır və yaxşı antidepressant sayılır.
Pendir, kartof, araxis, küncüt. Tərkibində vacib amin turşuları vardır. Bu amin turşuları orqanizmin iş qabiliyyətini yüksəldir və sinir sistemini sakitləşdirir.