Elektromioqrafiya (EMQ)
Elektromioqrafiya (EMQ) - elektromioqraf adlı apparatla tətbiq olunan bir diaqnostika üsuludur. Hansı ki, əzələlərin bioelektrik aktivliyini müəyyən edir və bunun əsasında zədələnmiş əzələni innervasiya edən sinirin funksional vəziyyətini göstərir. Bu müayinə əzələ və periferik sinirlərin zədələnmə dərəcəsini, yerləşməsini, ağırlığını müəyyən edir.
Apparat əzələlərin biopotensiallarını qeyd edir, sonra gücləndirir və alınmış nəticələri qeyd edir. Müayinə həm stasionar həm ambulator şərayitdə aparıla bilər. Müayinə zamanı pasiyent oturaq, uzanmış və ya yarıoturaq vəziyyətdə ola bilər. Müayinə olunan nayihə antispetik ilə təmizlənir və elektromiografa birləşən elektrodlar qoyulur.
İynəli elektrod tətbiq olunan zaman pasiyent yüngül ağrı hiss edir. Öncə boşalmış əzələnin potensialı qeyd olunur, sonra pasiyent yavaş yavaş əzələni gərginləşdirir və yenidən impulslar qeyd olunur.
Elektrodların növündən asılı olaraq qlobal (səthi) və lokal elektromiografiya mövcuddur :
- Qlobal (səthi) elektromiografiya qeyri-invazivdir və əzələlərin böyük nayihəsində müayinə etmək mümkündür.
- Lokal elektromiografiya zamanı dəridən əzələyə iynəli elektrod yeridilir. Bu invaziv üsulla əzələnin ayrı-ayrı nayihəsini müayinə etmək mümkündür.