Əhəmiyyət vermədiyiniz nevroloji əlamət ağırlaşaraq təhlükəli hal ala bilər !
Unutmayın ki, sinir sisteminiz zarafatı sevmir ! Nevroloji xəstəliklərin əlamətlərindən vaxtında xəbərdar olmaq qarşısı alınmaz halların baş verməsindən sığortalanmaq deməkdir. Bu səbəbdən sinirizində baş verə biləcək hər bir pozuntunu və ilkin əlamətlərini düzgün dəyərləndirmək lazımdır.
Araşdırmalar nəticəsində belə qənaətə gəlinib ki, 45 yaşından sonra qadınların 48%-də, kişilərin isə 36%-də nevroloji xəstəliklər müşahidə edilir.
Bunun səbəbi kimi kişilərdən fərqli olaraq qadınların daha çox demensiyadan əziyyət çəkdiyi göstərilir. Ancaq kişilər daha gənc yaşlarında tez-tez insultdan əziyyət çəkir.
Əgər sizdə də aşağıdakı əlamətlərdən biri yaxud bir neçəsi varsa, bu nevroloji xəstəliyin əlaməti ola bilər :
- qulaqlarda küy
- baş gicəllənmə
- ümumi yorğunluq
- tiklər və qıcolmalar
- nevrotik pozğunluqlar
- mütəmadi olaraq huşu itirmək
- aşağı və yuxarı ətrafların zəifliyi
- yuxu və yaddaşın pozğunluqları
- bədənin müxtəlif nahiyələrinin keyiməsi
- eşitmə, görmə və iy bilmə qabiliyyətin zəifləməsi
Bilməlisiniz ki, hər bir nevroloji xəstəlik ağırlaşaraq təhlükəli hal ala bilər. Buna görə də ilk simpromları müşahidə etdikdə həkim-nevroloqa müraciət etmək lazımdır.
Vaxtında müdaxilə və erkən müalicə xəstənin vəziyyətinin yaxşılaşmasına və tam sağalmasına yardım edəcəkdir.