Sinir sistemi mərkəzi (baş və onurğa beyin) və periferik (baş və onurğa beynindən çıxan və ətraf sinirlər) olmaqla iki böyük şöbəyə ayrılır. Sinir sisteminin özündən qaynaqlanan xəstəliklər sadə psixoloji problemlərdir ki, bunlara da yuxu, depressiya, həyəcan, eyni zamanda orqanik sistemi xəstəliyi sayılan epilepsiya, baş ağrıları, demensiya (ağlın zəifləməsi, qazanılmış bilik və vərdişlərinin itirilməsi, yenilərinin mümkünsüzlüyü) alzeimer, parkinson aiddir. Digər orqan və xəstəliklərdən mövcud olan sinir xəstəliklərinə isə xüsusən nisbətən yaşlı insanlarda ürək-damar, endokrin problemləri, triod- qalxanabənzər vəzi problemləri, şəkərli diabetlə əlaqəli ikinci dərəcəli sinir xəstəlikləri aiddir.